"Araz-Naxçıvan" "Neftçi" üzərində qələbəyə görə "premya"sını alıb
Azərbaycan Premyer Liqasının 7-ci turunda “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan”da üzlər gülür.
Mediasport.az xəbər verir ki, hazırlığı davam etdirən Azər Bağırovun komandasında “Neftçi” ilə matçın gedişində zədələnən və buna görə son iki məşqdə iştirak etməyən Vadim Abdullayev artıq sıraya dönüb.
U-21-in düşərgəsində zədə aldığı adı "Neftçi" ilə oyunun protokoluna daxil edilməyən Abdulla Rzayev bu gündən fərdi məşqlərə başlayıb. Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq.
Əldə etdiyimiz məlumata görə, futbolçular "Neftçi" üzərində qələbəyə görə mükafatlarını alıblar. Hər futbolçuya 1500 manat "premya" verilib.
Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” görüşü sentyabrın 24-də, saat 19:30-da "ASCO Arena"da keçiriləcək.