Qurban Qurbanov: "Tam hazırıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Olimpiakos"la oyunundan əvvəl Yunanıstan mətbuatının qarşısına çıxıb.
MediaSport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşün əhəmiyyətini başa düşdüklərini, rəqibin qarşılaşmaya ciddi hazırlaşdığını deyib.
"Rəqib həmkarımın müsahibələrindən hiss olunur ki, matça çox ciddi hazırlaşıblar. İki oyunumuz olacaq. Bu görüş hər iki komanda üçün çox vacibdir. Matça tam hazırıq. Sabah yaxşı oyun, mübarizə göstərmək istəyirik. Futbolçularıma inanıram, güvənirəm".
Sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək “Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da Pireydə, "Georgios Karaiskakis" stadionunda oynanılacaq.