"Qəbələ" 2024-cü ilin ilk oyununda "Kəpəz"ə uduzub - Yoxlama matçı

"Qəbələ" 2024-cü ilin ilk oyununda "Kəpəz"ə uduzub - Yoxlama matçı

"Qəbələ" qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda məğlub olub.

Mediasport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Gəncə təmsilçisi "Kəpəz"ə uduzub - 1:2.

Xatırladaq ki, "qırmızı-qaralar" növbəti yoldaşlıq matçını yanvarın 15-də "Araz-Naxçıvan"a qarşı keçirəcək.