Yığma komandamız 2-ci oyunda da məğlubiyyətlə üzləşdi - DÇ-2023

Yığma komandamız 2-ci oyunda da məğlubiyyətlə üzləşdi - DÇ-2023

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil olunan Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci matçına çıxıb.

MediaSport.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı kollektiv yer aldığı "A" qrupunda Moldovanın ardından (2:3) Estoniya yığmasına da uduzub - 4:7.

Qrupun digər duelində İtaliya Moldova millisinə 3:1 hesabı ilə qalib gəlib.

Komandamız son görüşünü sabah İtaliya seçməsinə qarşı keçirəcək.