Şahruddin bu mövsüm haqda: "Boşa çıxan enerji və emosiyalar..."
Azərbaycan milli komandası və "Adana Dəmirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev başa çatan mövsümü dəyərləndirib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı qolkiper düşüncələrini sosial şəbəkə hesabında paylaşıb:
"Karyeramın ən çətin iki ili: üç əməliyyat, səkkiz aylıq sağalma, çoxlu ağrılar, boşa çıxan enerji və emosiyalar var idi. Geri qayıtmaq, daha güclü olmaq üçün cəhdlər edildi, hər şey üçün Allaha şükürlər olsun. Çoxlu sevgi və hər kəsə təşəkkürlər".
Xatırladaq ki, "Şah" Türkiyə Superliqasına 2023-cü ilin sentyabrında yollanıb və Adana klubu ilə 2025-ci ilin iyununa qədər müddəti əhatə edən müqavilə bağlayıb.