Diniyevin komandası Türkiyədə mövsümə məğlubiyyətlə başladı
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin yeni müqavilə bağladığı "Ümraniyəspor" Türkiyə 1-ci Liqasında mövsümə uğursuz start verib.
mediasport.az xəbər verir ki, 28 yaşlı futbolçunun komandası Ankara "Gənclərbirliyi"nə məğlub olub - 1:2.
Baş məşqçi Mustafa Ər futbolçumuza son dəqiqələrdə şans verib. Diniyev meydana 80-ci dəqiqədə çıxıb.
Digər azərbaycanlı futbolçu - Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” isə “Çorum”u qəbul edib və 0:3 hesabıyla uduzub. Müdafiəçi bu görüşdə oynamaq şansı qazanmayıb.