Ramil Şeydayev böyükhesablı qələbədə pay sahibi olub - VİDEO

Ramil Şeydayev böyükhesablı qələbədə pay sahibi olub - VİDEO

"Buriram Yunayted" Tailand çempionatının 13-cü turunda "Naqom Patom"la qarşılaşıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də formasını geyindiyi "Buriram Yunayted" rəqibini 3 top fərqli ilə məğlub edib - 4:1.

Ramil oyuna start heyətdə başlayıb və son saniyələrdə əvəzlənib. Şeydayev vurulan qollardan birinin məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, "Buriram Yunayted" hazırda ölkə çempionatının turnir cədvəlində 21 xalla 3-cü pillədə yer alır.