"Real Madrid"lə "Ulduz" arasında yoldaşlıq matçı keçirilib - FOTOLAR

"Real Madrid"lə "Ulduz" arasında yoldaşlıq matçı keçirilib - FOTOLAR

"Real Madrid" ("Footland Azerbaijan") və "Ulduz" Futbol Akademiyası arasında yoldaşlıq oyunu keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasının futbol meydançasında təşkil olunan görüşdən öncə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Beynəlxalq Bankın İdarə Heyəti sədrinin birinci müavini Elmir Həbibulayev çıxış edərək yeniyetmə futbolçulara uğurlar arzulayıblar.

Ardınca görüş keçirilib.

Oyun "Real Madrid"in 8:6 hesablı qələbəsi ilə yekunlaşıb.