"Qarabağ" “Borussiya”, “Atletiko”, “İnter”, “Milan”, “Marsel"lə yarışda
“Qarabağ”ın U-9 və U-14 komandaları Türkiyəyə yollanıb.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçiləri Antalya keçiriləcək “Junior World Cup” turnirində iştirak edəcəklər.
Yarış mayın 17-dən 20-dək davam edəcək və turnirdə 24 ölkənin komandaları mübarizə aparacaqlar.
İştirakçılar sırasında “Qarabağ”la yanaşı “Antalyaspor”, “Borussiya” (Dortmund), “Qalatasaray”, “Atletiko”, “İnter”, “Marsel”, “Milan”, “Benfika” və “Beşiktaş” kimi nüfuzlu klublar da olacaq.
Qeyd edək ki, “Qarabağ”ın U-14 komandası martda Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin qalibi olub.