Beynəlxalq turnirdə qrup birincisi olan "Qarabağ" 1/4 finala yüksəlib

Beynəlxalq turnirdə qrup birincisi olan "Qarabağ" 1/4 finala yüksəlib

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beynəlxalq turnirin qrup mərhələsinin son matçında Belarusun BATE klubu ilə görüşüb.

Oyun 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.

İlk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabları ilə məğlub edən komandamız qrup mərhələsini 7 xalla lider başa vurub və 1/4 finala yüksəlib.

Bu raundun görüşləri sabah oynanılacaq.