"Neftçi" Almaniyada 12 komanda arasında 10-cu oldu
Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turniri başa çatıb.
MediaSport.az xəbər verir ki, “Neftçi”nin U-11 komandası yarışın ikinci günündə 6 komandalı qrupda son üç oyununu keçirib.
Mahmud Əhmədovun başçılıq etdiyi komanda yerli “Hessen Kassel” (0:1) və “Ayntraxt”a (Dortmund) (3:4) məğlub olub. U-11 “Ratingen”ə 2:1 hesabı ilə qalib gələrək “Gold” qrupunda 12 komanda arasında 10-cu yeri tutub.
"Ağ-qaralar" yarışın ilk günündə Almaniya “Vuppertaler”inə 4:1 qalib gəlsə də, digər oyunlarda məğlub olub. Müvafiq olaraq Almaniyanın “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına uduzan kollektiv “C” qrupunda 5 komanda arasında 4-cü yeri tutub.