"Neftçi" Türkiyədə "İnter", "Yuventus", "Atletiko" ilə bir arada
"Neftçi" klubunun U-11 komandası Türkiyədə təşkil olunacaq "Can Bartu" turnirinə qatılacaq.
mediasport.az xəbər verir ki, məlumatı "Hurriyet" nəşri yayıb. Məlumatda bildirilir ki, təmsilçimiz "Fənərbağça"nın təşkil edəcəyi yarışda ümumilikdə 16 komanda mübarizə aparacaq.
Beynəlxalq turnirdə İtaliyanın "İnter", "Yuventus", Bolqarıstanın MOİK, İspaniyanın "Atletiko" (Madrid), "Vilyarreal", Türkiyənin "Fənərbağça", "Beşiktaş", "Qalatasaray", "Altınordu", "Göztepe", "Altay", "Manisa", "Adana Demirspor", "Başakşehir" və "Gölcük Karadenizspor" komandaları da çıxış edəcəklər.
"Can Bartu" turniri noyabrın 16-da Lefter Küçükandonyadis təlim-məşq mərkəzində start götürəcək.