Tarixlərində ilk dəfə dünya çempionu oldular - VİDEO

Tarixlərində ilk dəfə dünya çempionu oldular - VİDEO

Avstraliya və Yeni Zelandiyanın birgə təşkilatçılığı ilə keçirilən qadınlar arasında dünya çempionatı başa çatıb.

mediasport.az xəbər verir ki, final qarşılaşmasında İspaniya və İngiltərə milli komandaları üz-üzə gəliblər.

Görüşün taleyini bir qol həll edib və ilk hissədə Karmona Qarsiyanın vurduğu qol Xorxe Vildanın baş məşqçisi olduğu İspaniyaya tarixlərində ilk dəfə Dünya Kubokunu qazandırıb.

Mundialın gümüş medallarını İngiltərə, bürünc medallarını isə İsveç yığması əldə edib.