FİFA-dan SƏRT QƏRAR: DÇ-ni keçirmək hüququ bu ölkədən alındı
Beynəlxalq futbol təşkilatı FİFA İndoneziyanı gənclər arasında 2023-cü il Dünya çempionatını keçirməkdən məhrum edib.
mediasport.az xəbər verir ki, ali qurumun qərarına səbəb Bali adasının qubernatoru Vayan Kosterin İsrail yığmasını mundiala buraxmamaqla bağlı çağırışı olub.
Bu yanaşmadan sonra final mərhələsinin püşkatma mərasimi ləğv olunub. Yeni ev sahibi ölkənin adı bugünlərdə açıqlanacaq. Yarışın keçiriləcəyi tarix hələlik dəyişməz olaraq qalır.
Dünya çempionatı mayın 20-dən başlanacaq, iyunun 11-də başa çatacaq.