Avropa Oyunları: Millimiz qrupun son oyununda qapısından 7 top buraxdı
Kişilərdən ibarət çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 3-cü görüşünü də məğlubiyyətlə başa vurub.
MediaSport.az xəbər verir ki, yığmamız qrupun son matçında İspaniya futbolçularına uduzub - 1:7.
Zeynal Zeynalovun baş məşqçisi olduğu komanda bu gün 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Azrbaycan kollektivi qrupun ilk qarşılaşmasında Polşaya (2:7), ardından Portuqaliyaya (2:5) məğlub olub.