Rəşad Sadıqovun komandası Macarıstan və Serbiya klublarına qarşı
Qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq "Zirə" üç yoxlama matçı keçirəcək.
mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin artıq iki rəqibinin adı bəlli olub.
Rəşad Sadıqovun komandası yanvarın 17-də Macarıstanın “Şeged” və Serbiyanın “Radniçki” klubları ilə qarşılaşacaq. Yanvarın 10-na planlaşdırılan yoldaşlıq oyunu üçün rəqib dəqiqləşdirilməyib.