"Neftçi" rəsmisindən AÇIQLAMA: "Onunla danışıqlar aparırıq"

"Neftçi" rəsmisindən AÇIQLAMA: "Onunla danışıqlar aparırıq"

"Neftçi" rusiyalı yarımmüdafiəçi Reziuan Mirzovla danışıqlar apardığını təsdiqləyib.

Mediasport.az xəbər verir ki, bunu "Sport Ekspress" nəşrinə açıqlamasında "ağ-qaralar"ın Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi danışıqların müsbət yekunlaşmaq üzrə olduğuna işarə vurub:

"Hazırda futbolçu və onun meneceri ilə danışıqlar aparırıq. Sonra tibbi yoxlanışdan keçəcək. Hər şey qaydasında olsa, onunla müqavilə bağlayacağıq". 

 30 yaşlı futbolçunun son klubu "Ximki" olub.