PFL Premyer Liqanın iki matçının başlanma saatını dəyişdirib

PFL Premyer Liqanın iki matçının başlanma saatını dəyişdirib

“Səbail” futbol klubunun ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Azərbaycan Premyer Liqasının XIV turunun oyun cədvəlində dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisinin müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da start götürməsinə qərar verilib.

Bundan əlavə, təşkilati məsələlərlə bağlı 16-cı turun “Zirə”  - “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.