Ronaldonun yeni klubu müəyyənləşdi

Ronaldonun yeni klubu müəyyənləşdi

Kriştiano Ronaldonun karyerasını hansı klubda davam etdirəcəyi böyük ölçüdə müəyyənləşib.

mediasport.az xəbər verir ki, bugünlərdə "Mançester Yunayted"lə yollarını qalmaqallı müsahibədən sonra ayıran ulduz futbolçu "Əl-Nəsr"lə anlaşıb.

37 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə yanvarın 1-dən qüvvəyə minəcək 2,5 illik müqavilə imzalayacaq. Ronaldonun anlaşmasının 500 milyon avro olduğu bildirilir.