Dünyada ən çox oyun keçirən futbolçuların yeni SİYAHIsı

Dünyada ən çox oyun keçirən futbolçuların yeni SİYAHIsı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS ) dünyada ən çox oyun keçirən futbolçuların yeni reytinq siyahısını tərtib edib.

Mediasport/az xəbər verir ki, 1000-dən çox matçda forma geyinmiş futbolçuların sıralamasında bir dəyişiklik olub.

Xorvatiya millisi və İspaniyanın “Real" (Madrid) klubunun yarımmüdafiəçisi Luka Modriçin adı reytinqə əlavə edilib.

Cədvəldə yer alan 21 oyunçudan altısı peşəkar karyerasını davam etdirir.


Ən çox oyun keçirən futbolçuların siyahısı


1. Rocerio Seni (Braziliya) - 1225 oyun (1993-2015)

2. Piter Şilton (İngiltərə) - 1217 oyun (1966-1996)

3. Fabio (Braziliya) - 1192 oyun (1997-)

4. Kriştianu Ronaldu (Portuqaliya) - 1191 oyun (2002-)

5. Roberto Karlos (Braziliya) - 1090 oyun (1991-2015)

6. Canluici Buffon, (İtaliya) - 1070 oyun (1995-2023)

7. Rey Klemans (İngiltərə) - 1069 oyun (1965-1988)

8. Xavyer Zanetti (Argentina) - 1067 oyun (1993-2014)

9. Dani Alveş (Braziliya) - 1056 oyun (2001-)

10. İker Kasilyas (İspaniya) - 1048 oyun (1999-2019)

11. Patrik Cenninqs (Şimali İrlandiya) - 1046 oyun (1963-1986)

12. Lionel Messi (Argentina) - 1045 oyun (2004-)

13. Qlenn Ferqyuson (Şimali İrlandiya) - 1041 oyun (1987-2011)

14. Raul Qonsales (İspaniya) - 1034 oyun (1994-2015)

15. Paolo Maldini (İtaliya) - 1028 oyun (1985-2009)

16. Yaşuhito Endo (Yaponiya) - 1028 oyun (1998-)

17. Rayan Giqqz - (Uels) 1027 oyun (1990-2014)

18. Xavi Ernandes (İspaniya) - 1017 oyun (1998-2019)

19. Noel Beyli (Şimali İrlandiya) - 1013 oyun (1989-2011)

20. Frenk Lempard (İngiltərə) - 1009 oyun (1995-2016)

21. Luka Modriç (Xorvatiya) - 1000 oyun (2003-)