17 yaşlı azərbaycanlı futbolçu Dadaşovun klubunda debüt etdi
Türkiyə 1-ci Liqası təmsilçisi "Ankaragücü"nün heyətində daha bir azərbaycanlı futbolçu debüt edib.
Mediasport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun forma geyindiyi paytaxt təmsilçisi 2-ci turun "Ərzurumspor" səfərində 17 yaşlı azərbaycanlı Həsən Nəzərova da şans verib.
Ankara təmsilçisinin yetirməsi olan U-17 yığmamızın yarımmüdafiəçisi sona 6 dəqiqə qalmış meydana çıxıb.
Renat Dadaşovun 71-ci dəqiqədə oyuna qoşulduğu görüş ankaralıların məğlubiyyəti ilə yekunlaşıb - 0:1.