Vüsal İsgəndərli "İnter"ə qarşı oynadı, dünya çempionu dubl etdi - VİDEO

Vüsal İsgəndərli "İnter"ə qarşı oynadı, dünya çempionu dubl etdi - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

mediasport.az xəbər verir ki, 27 yaşlı hücumçunun komandası İtaliya nəhəngi "İnter"lə qarşılaşıb.

Milan klubu görüşə əsas heyətlə çıxıb. Vüsal "nerazzuri"nin 4:2 hesabı ilə qələbə qazandığı matçda meydana 75-ci dəqiqədə daxil olub.

İtalyanların qollarını Nikolo Barella, Lautaro Martines (2) və Cakomo Stabile vurub. “Eqnatiya”nın heyətində Rafael Dvamena ilə Fernando Medeyros fərqlənib.