Rumıniya milli komandasının vingeri "Qarabağ"dan təklif alıb
Rumıniyanın "Styaua" klubunun hücumameylli yarımmüdafiəçisi Aleksandru Baluta “Qarabağ”dan dəvət alıb.
Mediasport.az xəbər verir ki, 31 yaşlı vinger bu barədə Rumıniya mətbuatına açıqlama verib.
Buxarest klubunun üzvü yayda Ağdam təmsilçisindən təklif aldığını bildirib:
"Keçən yay xaricdən təklif gözləyirdim. Polşadan “Vidzev” mənimlə əlaqə saxladı. Sonra “Qarabağ”dan mesajlar gəldi, amma sonda heç nə alınmadı”.
Baluta 2017-ci ildən Rumıniya millisinə dəvət alır.