"Kəpəz"in hakimləri söyən əməkdaşına ciddi cəza verilib, komandası 4000 manat ödəyəcək
Azərbaycan Premyer Liqasının 11-ci turunun “Turan Tovuz”la səfər oyununda hakimləri təhqir edən “Kəpəz”in analitiki İlkin Verdiyev AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Mediasport.az xəbər verir ki, matç başa çatdıqdan sonra referilərin ünvanına nalayiq ifadələr səsləndirən məşqçi ikisi şərti olmaqla 5 oyunluq diskvalifikasiya edilib.
Komandasını 4000 manat ziyana salan Verdiyevə 3 aylıq sınaq müddəti təyin edilib.
Bundan başqa, görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.
Qeyd edək ki, oyun “Turan Tovuz”un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.