Rusiya millisinin sabiq hücumçusu "Sabah"ın baş məşqçisi ola bilər

 Rusiya millisinin sabiq hücumçusu "Sabah"ın baş məşqçisi ola bilər

Futbol üzrə Rusiya milli komandasının sabiq hücumçusu Aleksandr Kerjakov “Sabah”ın yeni baş məşqçisi ola bilər.

Mediasport.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb.

Qeyd olunub ki, 41 yaşlı mütəxəssis Azərbaycan klubu ilə danışıqlar aparır.

Aleksandr Kerjakov 2023-cü ilin noyabrında Serbiyanın "Spartak" (Subotiça) klubundan ayrılıb.

41 yaşlı mütəxəssis Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında, “Tom” və “Nijni Novqorod”da, həmçinin, Kiprin “Karmiotissa” klubunda çalışıb.