Millilərdən qayıdan 6 "Neftçi"li komanda ilə məşqlərə başladı
"Neftçi" Azərbaycan Premyer Liqasının 6-cı turunda “Zirə” ilə keçiriləcək oyunun hazırlığını komandanın bazasında davam etdirir.
Mediasport.az xəbər verir ki, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Günün ilk yarısında keçirilən məşqdə əsas və U-21 milli komandalarıın düşərgəsindən qayıdan futbolçular - Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak ediblər.
Hazırlığa sabah yekun vurulacaq.
Sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Neftçi” oyunu saat 18:00-da başlanacaq.