Azərbaycanda çempionat oyunlarının ertələnmə SƏBƏBİ

 Azərbaycanda çempionat oyunlarının ertələnmə SƏBƏBİ

Azərbaycan 1-ci Liqasının 3-cü, 2-ci Liqanın isə 4-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, 2-ci Liqanın "Dinamo" - "Füzuli" oyunu 28 sentyabr, 1-ci liqanın "Qaradağ Lökbatan" - "İrəvan", "Araz Saatlı" - "Mingəçevir" və "Karvan" - "Difai Ağsu" görüşləri 29 sentyabr tarixlərinə keçirilib.

Oyunların yeri və saatı ilə bağlı dəyişiklik yoxdur.

Mediasport.az xəbər verir ki, təqvimdəki dəyişiklik çempionatlara cavabdeh qurumdan qaynaqlanmır. PFL, rəsmi səviyyədə aldığı təlimata əsasən bu dəyişikliyə gedib.

Sentyabrın 27-si II Qarabağ müharibəsinin başlanma tarixi və Anım Günüdür.

Azərbaycan Ordusu 2020-ci ilin bu günündə Qarabağda əks-hücum əməliyyatlarına başlayaraq, tarixi torpaqlarımızı düşmən tapdağından azad edib.

Əlamətdar günlə əlaqədar sabah dövlət qurumlarında müxtəlif səpkili anım tədbirləri təşkil olunacaq.