Rövşən Nəcəf UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə də görüşüb

Rövşən Nəcəf UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə də görüşüb

AFFA prezidenti Rövşən Nəcəfin bu gün Tailandın paytaxtı Banqkokda baş tutan FİFA-nın 74-cü Konqresində bir sıra görüşlər keçirdiyi barədə məlumat vermişdik.

Federasiya rəhbəri Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə də görüş keçirib.

Görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub.

Rövşən Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb. Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Mediasport.az