"Sabah" Antalya toplanışında Rumıniya klubuna qalib gəlib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” ilk yoxlama oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Murad Musayevin komandası Rumıniyanın “Rapid” klubu ilə qarşılaşıb.
“Mardan” İdman Kompleksinin ehtiyat meydanında keçirilən görüş təmsilçimizin 2:1 hesablı qələbəsilə yekunlaşıb.
"Bayquşlar"ın heyətində Cesse Sekidika (45) və Anatoli Nuriyev (68) fərqləniblər.
Yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək komanda daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.