"Sabah" Qəbələ səfərində

"Sabah" Qəbələ səfərində

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start veriləcək.

mediasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyindən, “Kəpəz” "Sabah"la Qəbələ şəhər stadionunda üz-üzə gələcək.

Masazır təmsilçisi Premyer Liqada azı ikinci yeri təmin edib, çempionluq şansları da qalmaqdadır. Gəncə klubu isə elitadakı yerini bir qədər də möhkəmləndirə bilər.

Turun digər qarşılaşmaları mayın 6-8-də oynanılacaq. “Şamaxı” “Zirə”ni, “Turan Tovuz” “Neftçi”ni, “Sumqayıt” “Səbail”i, “Qarabağ” isə “Qəbələ”ni qəbul edəcək.


Azərbaycan Premyer Liqası. 33-cü tur


5 may (cümə)

18:00. “Kəpəz” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu

1 Qarabağ 32 25 6 1 81-22 81
2 Sabah 32 23 5 4 68-23 74
3 Neftçi 32 18 7 7 58-32 61
4 Qəbələ 32 13 9 10 45-41 48
5 Zirə 32 11 9 12 38-45 42
6 Turan Tovuz 32 8 8 16 27-43 32
7 Kəpəz 32 6 11 15 31-54 29
8 Sumqayıt 32 7 7 18 23-59 28
9 Şamaxı 32 4 11 17 25-47 23
10 Səbail 32 5 7 20 26-56 22


Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 20 qol

Ramil Şeydayev ("Qarabağ") - 19 qol

Coy Lens Mikels ("Sabah") - 17 qol

Emin Mahmudov ("Neftçi") - 16 qol

Aleksey Kaşuk ("Sabah") - 15 qol