"Sabah" İtaliyada Almaniya Bundesliqası klubuna məğlub oldu

"Sabah" İtaliyada Almaniya Bundesliqası klubuna məğlub oldu

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan görüş rəqibin qələbəsi ilə bitib - 1:4. Komandamızın qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.

Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə  qalib gəlib.