Nəsirlinin komandası "sülh" bağladı
Latviya çempionatında 22-ci turun oyunlarına yekun vurulub.
MediaSport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin icarə əsasında oynadığı “Dauqavpils” növbəti görüşünə çıxıb.
20 yaşlı futbolçumuzun komandası "Metta" səfərindən 1 xalla qayıdıb. Ruslan meydana 61-ci dəqiqədə daxil olub.
"Dauqavpils" 22 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Müqavilə ilə “Neftçi”yə məxsus Nəsilri bu klubda 22 oyun keçirib, 2 qol vurub.