"Sabah" evdə "Kəpəz"ə qalib gəlib, "Səbail" "Araz-Naxçıvan"la bərabərə qalıb - Premyer Liqada 23-cü tur
Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Turun qalan qarşılaşmaları sabah oynanılacaq.
“Qarabağ”ın "Qəbələ" ilə matçı isə Ağdam klubunun UEFA Avropa Liqasının "Braqa" ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq istəyinə görə qarşı tərəfin də razılığına əsasən təxirə salınıb.
Azərbaycan Premyer Liqası. 23-cü tur
16:00. “Sabah” – “Kəpəz” 3:2
Qollar: Kahim Parris, 38, Cessi Sekidika, 55, Kristian Da Silva, 78 - Martins Junior, 6,
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”.
18:30. “Səbail” – “Araz-Naxçıvan” 2:2
Qollar: Aleksandr Ramalinqom, 13, 61 - Orxan Əliyev 31, 35.
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASCO Arena”.