"Sabah"ın futbolçularına MÜKAFAT verildi - "Partizan"ı da keçsələr...
Avrokuboklarda uğurla debüt edən "Sabah"da üzlər gülür.
mediasport.az saytına verilən məlumata görə, Konfrans Liqasına RFS üzərində 2 qələbə ilə başlayan Masazır təmsilçisinin rəhbərliyi kisənin ağzını açıb.
Latviya klubunu hər iki cəhddə məğlub edən (2:0, 2:1) komanda üzvlərinə 7500 manat mükafat verilib.
Rəhbərlik əlavə vəd də verib: "Partizan"ı da keçin, məbləğ ikiqat artırılacaq".
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Masazırda Serbiya klubuna 2:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 17-də Belqradda keçiriləcək.