"Sabah"ın futbolçusunu vətənindən çağırdılar, gedəcək
“Sabah”ın yarımmüdafiəçisi Vinsent Till növbəti dəfə milli komandaya dəvət alıb.
Mediasport.az xəbər verir ki, Masazır klubunun heyətinə bu yay cəlb edilən futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İslandiya (8 sentyabr) və Portuqaliya (11 sentyabr) ilə keçiriləcək oyunlar üçün Lüksemburq yığmasının düşərgəsinə çağırılıb.
23 yaşlı futbolçu baş məşqçi Lyuk Holtsun sərəncamında olacaq. Till millidə 2016-cı ildən çıxış edir. 48 oyuna 3 qol vurub.