"Sabah" Ukrayna klubuna qarşı

  "Sabah" Ukrayna klubuna qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sabah" bu gün ikinci yoxlama oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi Ukraynanın "Vorskla" klubu ilə qarşılaşmada qüvvəsini sınayacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, "bayquşlar" ilk yoxlama matçında "Rapid"ə (Rumıniya) qalib gəlib - 2:1.