"Sabah" üçün 4 rekord

"Sabah" üçün 4 rekord

Premyer Liqanın XVIII turunda səfərdə “Sumqayıt”a 6:0 hesabı ilə qalib gələn "Sabah" tarixinin dörd rekorduna imza atıb.

mediasport.az xəbər verir ki, Masazır təmsilçisi mövsümdə 13-cü qələbəsini qazanıb. Bu, klub tarixində ən yüksək göstəricidir. Bakılılar ötən mövsümü 12 qələbə ilə tamamlamışdı.

Paytaxt klubu cari mövsümdə 43 xal toplayıb. “Sabah” indiyədək çempionat ərzində bu qədər xal yığmamışdı. Ötən mövsüm komanda 28 oyunda 41 xal toplayıb.

“Sabah” tarixində ilk dəfə Premyer Liqa matçında 6 qol vurub. Bunadək iki görüşdə 5 dəfə fərqlənən komanda klub tarixinin rekordunu rəsmiləşdirib.

Bu, həm də klub tarixində ən böyükhesablı qələbə olub. İndiyədək “Sabah”ın ən böyük qələbəsi “Kəpəz”lə cari mövsümün ev matçına təsadüf etmişdi – 5:0.