“Qurtuluş 93 Residence”nin sahibi bütün meydançaları "Sabah"a verdi

“Qurtuluş 93 Residence”nin sahibi bütün meydançaları "Sabah"a verdi

“Sabah” futbol klubu ilə “Qurtuluş 93 Residence” MTK arasında sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanıb.

mediasport.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Qurtuluş 93 Residence” MTK-nın nəzdində olan “Bank Respublika Arena” və məşq meydançaları 12 il müddətinə “Sabah”a təmənnasız icarəyə verilib. Klub bunun qarşılığında stadionda olacaq bütün təmir-bərpa və əməliyyat işlərinin xərclərini qarşılamağı öz öhdəsinə götürüb.

Anlaşmaya əsasən, “Bank Respublika Arena”da “Qurtuluş 93 Residence” MTK-nın reklam bannerləri yer alacaq, həmçinin klubla şirkət arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sponsorluq və əməkdaşlıq müqaviləsi “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Qurtuluş 93 Residence” MTK-nın təsisçisi Məhərrəm Novruzov tərəfindən imzalanıb.