2-ci Liqada 14-cü tura 2 qarşılaşma ilə yekun vurulacaq

2-ci Liqada 14-cü tura 2 qarşılaşma ilə yekun vurulacaq

Bu gün Azərbaycan 2-ci Liqasında 14-cü tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 2 matçın keçirilməsi nəzərdə tutulub.

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan "Dinamo" və "Lerik" Lənkəranda münasibətlərinə aydınlıq gətirəcəklər.

Autsayder "Şəfa" isə Şəki səfərinə yollanacaq.

Azərbaycan 2-ci Liqası. 14-cü tur

14:00 "Lerik" - "Dinamo"

14:00 "Şəki Siti" - "Şəfa"