"Kəpəz" "Qarabağ"dan xal aldı, "Neftçi"dən mövsümdən ilk qələbə

"Kəpəz" "Qarabağ"dan xal aldı, "Neftçi"dən mövsümdən ilk qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Hər iki qarşılaşma paytaxtda oynanılıb.

"Neftçi" cari mövsümdə ilk qələbəsini bu tur qazanıbsa, "Kəpəz" sensasiyaya imza atıb. Gəncə klubu "Qarabağ" səfərindən xalla qayıdıb.


Azərbaycan Premyer Liqası. 4-cü tur


"Neftçi" – "Qəbələ" 2:0

Qollar: Rəhman Hacıyev, 45+3, Yuri Matias, 78.

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Neftçi Arena”, 18:30


"Qarabağ" – Kəpəz 1:1

Qollar: Juninyo, 9 - Cavad Kərimov, 86.

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mahal Məmmədov

“Azersun Arena”, 20:45