"Bu tempdə davam etsələr, komandaya çox faydaları dəyəcək"
"Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu, oyunda da görünürdü”.
Mediasport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
O, Küveytin "Əl-Yarmuk" klubu ilə yoxlama matçını şərh edib.
Təcrübəli mütəxəssis 2:1 hesabı ilə başa oyunda futbolçularının özlərini yaxşı tərəfdən göstərdiklərini qeyd edib:
“Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdır. Bu yöndə məşqlərimiz davam edir. Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq. Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik. Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək".
Xatırladaq ki, "sarı-göylər" avqustun 3-də Premyer Liqanın ilk turunda səfərdə “Sumqayıt”ın qonağı olacaqlar.