"Qəbələ"dən göndərilən futbolçu Kipr klubu ilə anlaşıb - RƏSMİ
“Qəbələ”nin bir neçə gün əvvəl yola saldığı Omar Haninin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, iordaniyalı futbolçu karyerasını Kiprdə davam etdirəcək.
25 yaşlı vinger "Doxa" ilə müqavilə bağlayıb.
Hani 2021-2024-cü illərdə qəbələlilərin heyətində 71 oyun keçirib, 3 qol vurub.