"Sabah"dan ayrılan hücumçu Finlandiyada oynayacaq - RƏSMİ
"Sabah"ın qışda yola saldığı Tiemoko Fofana özünə yeni klub tapıb.
mediasport.az xəbər verir ki, 24 yaşlı kotdivuarlı futbolçu yenidən Finlandiyada çıxış edəcək.
Forvard "Haka" ilə ilin sonuna qədər müqavilə bağlayıb. Fofana 2021-ci ildə Azərbaycana məhz bu ölkədən - Yüksək Liqanın digər təmsilçisi “İlveş”dən gəlmişdi. O, Masazır klubunda 20 oyuna 3 qol vurmuşdu.