"Bu torpaqlarda ilk qolu vurmaq mənim üçün unudulmaz olacaq"
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə baş tutan tarixi "Qarabağ" - MOİK oyununda Ağdam təmsilçisi minimal hesablı qələbə ilə mərhələ adlayıb.
Mediasport.az xəbər verir ki, görüşdə vurulan yeganə qolun müəllifi Nariman Axundzadə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
Oyun haqda nə deyə bilərsən?
- Qarşılaşma gərgin və maraqlı keçdi. Burada oynamaq xoş idi. Tarixi anlar yaşadıq. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bu tarixi anları yaşamağımız üçün şərait yaratdığına görə Ordumuza təşəkkür edirəm.
Yeganə qolu sən vurdum...
- Çox sevindim. Xoşbəxtəm ki, tarixi oyunda tarixi qolun müəllifi oldum. Vurduğum qolu şahidlərimizə həsr edirəm.
Burada yenidən oynamaq istəyərsiniz?
- Bəli, burada oynamaq mənim üçün xoş oldu. Bizim üçün əlavə motivasiyadır. Mənim üçün xüsusi hislər idi. Unudulmaz anlar yaşadıq. Bu torpaqlarda ilk qolu vurmaq mənim üçün unudulmaz olacaq.