"Qarabağ"la oyunda meydana Toralın məyus etdiyi qapıçı çıxacaq
Bu gün Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Bayer" klubunun heyətində dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, Leverkuzen təmsilçisinin əsas qapıçısı Lukaş Hradeçki əsas heyətdə meydana çıxmayacaq.
Finlandiyalı qolkiperi 24 yaşlı gənc Matey Kovar əvəz edəcək.
Məlumatı Almaniya mətbuatına açıqlamasında leverkuzenlilərin baş məşqçisi Şabi Alonso verib.
Qeyd edək ki, Ağdam təmsilçisinin qrup mərhələsində bu komandaya qarşı səfər matçında meydan sahiblərinin heyətini məhz Kovar qorumuşdu.
"Bayer"in 5:1 hesabı ilə başa çatan görüşdə "köhlən atlar"ın yeganə qolunu penaltidən Toral Bayramov vurmuşdu.