Santuşun yığmamızın heyətini açıqlayacağı tarix müəyyənləşdi
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Mediasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yığmanın UEFA Millətlər Liqasında 11 oktyabrda Estoniya və 14-də Slovakiya ilə oyunlar üçün heyətini açıqlayacaq.
Mətbuat konfransı 4 oktyabr, 11:00-da keçiriləcək.