"Kəpəz"də yeni müqavilə - RƏSMİ

"Kəpəz"də yeni müqavilə - RƏSMİ

2023/2024-cü illər mövsümünün hazırlığını davam etdirən "Kəpəz"də yeni müqavilə rəsmiləşib.

MediaSport.az xəbər verir ki, Gəncə təmsilçisi qapıçı Kamran İbrahimovla anlaşmanın müddətini 1 illik uzadıb.

24 yaşlı qolkiper ötən ilin yayından "Kəpəz"də çıxış edir. O, komandanın heyətində 6 Premyer Liqa matçında meydana çıxıb.