"Sabah"ın məşqçisi: "Oyunun bütün fazalarında üstünlüyə sahib idik"

"Sabah"ın məşqçisi: "Oyunun bütün fazalarında üstünlüyə sahib idik"

"Sabah"In məşqçisi Artur Olenin Premyer Liqanın 18-ci turunun "Sumqayıt"la səfər oyunu haqda fikirlərini bildirib.

mediasport.az xəbər verir ki, cəzalı baş məşqçi Murad Musayevi əvəz edən mütəxəssis 6:0 hesablı darmadağını gözləmədiklərini deyib.

- Oyunumuz yaxşı alındı. Topa nəzarət bizim tərəfimizdə idi. Oyunun bütün fazalarında üstünlüyə sahib idik. Yaxşı nəticə ilə tətilə gedirik. Futbolçuları, azarkeşlərimizi yaxşı oyun və qələbə münasibətilə təbrik edirəm.