Kubokun 1/4 finallarında heç vaxt belə göstərici qeydə alınmamışdı
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin bütün oyunları başa çatıb.
Mediasport.az xəbər verir ki, yarışın 1/4 final mərhələlərində yeni rekord qeydə alınıb.
"Sabah" - "Qarabağ" cütünün görüşlərində 15 qol vurulub və hər iki tərəf səfərdə qələbə qazanıb.
"Köhlən atlar" 7:1, "bayquşlar" 4:3 hesablı qələbəyə sevinib.
Buna qədər 1/4 final mərhələlərinin bir cütündə bu qədər qol vurulmayıb (ən məhsuldar duellər 13 qolla bitib).
1994/95-ci illər mövsümündə "Kəpəz"lə (Gəncə) "Xəzər"in (Sumqayıt) oyunlarında gəncəlilər iki qələbə qazanıblar - 3:0 və 6:4.
2016/17-ci illər mövsümündə "Qarabağ" "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb - 6:0 və 5:2.
Ümumilikdə ölkə kubokunun ən məhsuldar cütündə 23 qol qeydə alınıb. 2003/04-cü illər mövsümündə 1/8 finalda "Şəfa" "Lider Qarabağ"ı 14:0 və 8:1 hesabları ilə darmadağın edib.