"Sabah"ın sonuncu rəqibi bəlli oldu

  "Sabah"ın sonuncu rəqibi bəlli oldu

"Sabah"ın Avropa Kubokunun qrup mərhələsindəki sonuncu rəqibi "Spiru" (Belçika) olub.

Mediasport.az xəbər verir ki, G qrupunda mübarizə aparacaq Azərbaycan çempionu "Nörçöppinq Delfins" (İsveç), "Maroussi" (Yunanıstan) ilə də üz-üzə gələcək.

Qrup oyunlarına 9 oktyabrda start veriləcək. "Sabah" ilk tur Belçikada "Spiru"nun qonağı olacaq.